İqtisadiyyat

  • 4 151

"1 ildə valyuta ehtiyatlarımızın 3 milyard dollar artması ciddi rəqəmdir" MÖVQE-ÖZƏL

image

“Son 9 ayda Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyanın həcmində artımlar müşahidə olunur. Ölkə başçısının 9 ayın yekunları ilə bağlı keçirilən müşavirədə də söykədiyi kimi bu il Azərbaycan iqtisadiyyatına 9 milyard investisiya qoyulub ki, bu da orta hesabla hər ay iqtisadiyyatımızın 1 milyard dollar investisiya cəlb etməsi deməkdir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.O bildirib ki, diqqəti çəkən əsas məqam Azərbaycana yönəldilən investisiyaların əhəmiyyətli hissəsinin qeyri-neft sektorunun payına düşməsidir: “Belə ki, 9 milyard dollar investisiyanın 5.6 milyard dolları qeyri-neft sektoruna yönəldilib ki, bu da investisiya qoyuluşlarının qeyri-neft sektorunda payının artması deməkdir”.Ekspertin sözlərinə görə, qeyri-neft sektoruna yönəldilən investisiya nəticə etibarı ilə bu sektorun inkişaf etməsi ilə yanaşı, dayanıqlı inkişafın bərqərar olunması baxımında çox vacibdir: “Ölkəmiz üçün neft asılılığın azalması prioritet olduğunu nəzərə alsaq, bu baxımdan 2018-ci ilin 9 ayının yekunlarında faktiki olaraq dayanıqlı iqtisadi inkişafın əldə edilməsi istiqamətində addımlar atıldığını deyə bilərik. 9 ayın yekunları həm də cari ilin qiymətləndirilməsi baxımında da çox önəmlidir. Nəticə etibarı ilə 9 ayda bütün makroiqtisadi göstəricilərin eləcə də tendensiyanın müsbət olması 2018-ci il üçün proqnozlaşdırılan iqtisadi artıma nail olmağın mümkünlüyündən xəbər verir”.V. Bayramov vurğulayıb ki, bu il əldə olunan iqtisadi uğurlar növbəti illərdə də iqtisadi inkişaf proqnozlarının reallaşması üçün zəmin formalaşdırır: “2019-cu ildə beynəlxalq maliyyə qurumları, eləcə də Azərbaycan hökumətinin 4 faizə yaxın iqtisadi artım proqnozlaşdırdığını nəzər yetirsək, bu rəqəmlərin kifayət qədər ciddi artım olduğunu söyləyə bilərik. Bu baxımdan 2018-ci ilin 9 ayı həm ilin yekunlarında nisbətin əldə edilməsi, həm də növbəti illərdə proqnozlaşdırılan iqtisadi artımlar nail olunması baxımından bir iqtisadi zəmin formalaşdır”.Azərbaycan Prezidentinin toplantıda ölkəmizin valyuta ehtiyatlarının artırılması ilə bağlı fikirlərinə toxunan ekspert qeyd edib ki, 1 ildə valyuta ehtiyatlarımızın 3 milyard dollar artması ciddi rəqəmdir: “ Valyuta ehtiyatlarımızın artması iqtisadi təhlükəsizlik baxımından çox vacibdir. Azərbaycanda fiskal qaydalar tətbiq olunur ki, bu qaydalar valyuta ehtiyatlarımızın artırılması üçün zəmin formalaşdırır. Bu ehtiyatlarımızın artması yalnız neftin dünya bazarında qiymətinin yüksək olması deyil, eyni zamanda qeyri-neft sektorunun həm ixrac imkanlarının, həm də istehsal imkanlarının genişləndirilməsi nəticəsində mümkündür. Bildiyiniz kimi ümumi ticarətdə 35 faiz, qeyri-neft ixracında 14 faiz artım qeydə alınıb. Bu baxımdan valyuta ehtiyatlarımız Azərbaycan üçün həm orta həm də uzun müddətli dövrdə iqtisadi təhlükəsizliyimizin formalaşması baxımından mühüm olmaqla yanaşı, nəticə etibarı ilə iqtisadi hədəflərə çatmağımız üçün imkan yaradır”.

sia.az

Digər xəbərlər