İqtisadiyyat

  • 3 898

DSK Cenevrədə XX beynəlxalq konfransda təmsil olunur

image

10-19 oktyabr 2018-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə əmək statistiklərinin 20-ci beynəlxalq konfransı keçirilir. Dövlət Statistika Komitəsindən alınan məlumata əsasən SİA xəbər verir ki, 140 ölkə və 36 beynəlxalq təşkilatdan 375 nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edir.Tədbirdə məşğulluq statusu üzrə beynəlxalq təsnifatın yeni layihəsi, əmək fəaliyyəti, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsinə dair 19-cu beynəlxalq konfransın qətnaməsindən irəli gələn tövsiyələrin milli səviyyədə tətbiqi imkanları, əmək miqrasiyası və məcburi əməyin qiymətləndirilməsi üçün statistik standartlar, layiqli əməyə aid dayanıqlı inkişaf məqsədləri göstəricilərinin statistik izahları, onların qiymətləndirilmə metodları və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.Bununla yanaşı, konfransda milli hesablar sisteminin ümumi istehsal sərhədi çərçivəsində əmək fəaliyyətinin bütün növlərini əhatə etməklə işçi və işəgötürən arasında münasibətlərin əmək bazarının tələblərinə uyğun statistik qiymətləndirilməsi üçün mövcud standartların əhatəliliyinin genişləndirilməsi, onların təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən konfransa təqdim edilmiş əmək münasibətləri statistikasına dair qətnamə layihəsinin müzakirəsi də aparılacaq.

sia.az

Digər xəbərlər