İqtisadiyyat

  • 4 689

Elektrik enerjisi təchizatı sektorunda istehsal 6 faizədək artıb

image

Cari ilin yanvar-sentyabr aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 422,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ayı ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5,9 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4 faizi məhz bu sektorda istehsal olunub.Üç rübdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 2,2 faiz artaraq 233,6 milyon manat olub. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal edilib.Sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişməyib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 2,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.

sia.az

Digər xəbərlər