İqtisadiyyat

  • 4 754

Seyfəddin Talıbov: Aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

image

“Bu gün dünyada ərzaq təhlükəsizliyi qlobal bir məsələdir. Azərbaycanda da bu məsələyə böyük önəm verilir”. Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbov bildirib ki, aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Belə ki, hazırda respublikada yoxsulluq səviyyəsi çox aşağıdır. Onun sözlərinə görə, ölkəmizdə yoxsulluq həddi son 15 ildə 10 dəfədən çox azalaraq 4,9 faizə enib.
“Dünyada ciddi şəkildə narahatlıq doğuran problemlər Azərbaycanda artıq öz aktuallığını itirib. Lakin dünya üzrə 870 milyondan artıq insan aclıqdan əziyyət çəkir və baş verən hərbi qarşıdurmalar bu problemi bir qədər də aktuallaşdır. Odur ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya ölkələrini bu aktual məsələnin həllinə çağırır. Dünyada istehsal edilən ərzağın 80 faizi məhz kənd təsərrüfatı sahəsində istehsal olunur. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həs olunmuş iclasında da Prezident İlham Əliyev ölkəmizin kənd təsərrüfatında əldə edilən uğurları yüksək qiymətləndirib. Aqrar sahədə davamlı olaraq böyük nailiyyətlərin qazanılması üçün bundan sonra da bütün imkanlar səfərbər ediləcək”-deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər