İqtisadiyyat

  • 4 153

Osman Gezeker: “Star” neft emalı zavodu türk dünyasının gələcək perspektivləri üçün böyük önəm kəsb edir

image

“Star” neft emal zavodunun açılışı ölkələrimiz arasında dostluq və qardaşlığın daha yüksək səviyyəyə qalxaraq əbədi və sarsılmaz olduğunu bir daha sübut edib. Bu enerji layihəsi möhtəşəm türk dünyasının gələcək perspektivləri üçün böyük önəm kəsb edir.

Bu sözləri Türkiyənin “Özkaya Group” şirkətinin idarə heyətinin sədri Osman Gezeker deyib.
O “Star” neft emalı zavodunun açılışında hər iki ölkə prezidentinin iştirakını Türkiyə-Azərbaycan dostluq əlaqələrinin tarixində böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Şirkət rəhbəri deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin zavodun açılış mərasimində səsləndirdiyi “Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk” fikirləri ölkələrimiz arasında bu dostluq və qardaşlığın bizim üçün nə qədər qiymətli olduğunu göstərir. Prezident İlham Əliyev “Star Rafineri”nin açılışının timsalında birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini gördüyünü və bundan sonra da Türkiyə və Azərbaycanın yalnız uğurlar yolu ilə gedəcəyinə əmin olduğunu bildirib”.
Osman Gezeker deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir”, - deyə belə nəhəng layihələri gerçəkləşdirən ölkələrimizin bölgədəki gücünün daha da artacağını vurğulayıb.
“Türkiyə və Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək nəhəng layihələr gerçəkləşdirməkdə davam edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi enerji layihələrini, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılmasını nəinki ölkələrimiz, xalqlarımız, eləcə də bölgə, dünya üçün çox önəmli layihələr olduğunu böyük qürurla qeyd edə bilərik”, - deyə Osman Gezeker əlavə edib.

yap.org.az

Digər xəbərlər