İqtisadiyyat

  • 4 187

Azərbaycan ilə Fransa arasında elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub

image

Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkəmizdə bu sahədə nadir şərait yaradılıb, vergilərdən azadolunma praktikası tətbiq olunur. Sahibkarlara güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin bəhrələridir.
Bu fikri Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov Fransanın Kənd Təsərrüfatı və Ətraf Mühit Üzrə Elmi Tədqiqatlar və Texnologiyalar Milli İnstitutunun (İRSTEA) prezidenti Mark Mişel ilə görüşdə söyləyib.
Nazir Prezident İlham Əliyevin Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan Aqrar Tədqiqatlar Mərkəzi, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 7 tədqiqat institutu haqqında ətraflı məlumat verib.
Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlilin, qiymətləndirmənin və proqnozlaşdırmanın aparılması, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, bu sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən söz açıb.
Görüşdə İRSTEA ilə mümkün əməkdaşlıq imkanlarından danışılıb. Kənd təsərrüfatı kooperasiyaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı elmi tədqiqatların aparılması və bu sahədə təcrübə mübadiləsi üzrə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Kənd təsərrüfatı sahəsində elmi tədqiqatçıların qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.

yap.org.az

Digər xəbərlər