İqtisadiyyat

  • 4 647

2019-cu ilin büdcəsində yaşayış minimumu 180, ehtiyac meyarı 143 manat müəyyənləşib

image

“2019-cu il icmal büdcənin gəlirləri 29 724,6 mln. manat və ya cari ilə nisbətən 1 599,9 mln. manat və ya 5,7% çox, xərcləri 27 372,3 mln. manat və ya əvvəlki ilə nisbətən 797 mln. manat və ya 3,0% çox nəzərdə tutulub”. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərofov Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib: “Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub. Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Fondun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur”.Nazir söyləyib ki, 2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub: “2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur”.S. Şərifov vurğulayıb ki, 2019-cu ildə Fondun xərclərinin əhaliyə ödənişlər, AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub.

sia.az.

Digər xəbərlər