İqtisadiyyat

  • 3 569

"Sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək"

image

"Etiraf etməliyəm ki, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur". SİA-nın xəbərinə görə, bunu Samir Şərifov parlamentdə büdcə müzakirələri zamanı deputatların kino sahəsinə ayrılan vəsaitlərin azaldılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.O bildirib ki, əvvəlki illərdə ildə kino sahəsində təxminən 8 milyon dollara yaxın vəsait ayırılırdı: "Bu, kifayət qədər böyük vəsaitdir. Burada bildirilir ki, indi 1.5 milyon dollara kino çəkmək çətindir amma belə kinolar var və yaxşı da çəkilərək ictimaiyyətə göstərilir. Ona görə də burada sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Yəni burada daha səmərəli mexanizm yaradılarsa və bu mexanizm təkcə dövlət büdcəsindən vəsaitlərin verilməsini deyil, eyni zamanda yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edəcək proqramın ərsəyə gəlməsi ilə nəticələnəcək. Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir, bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam . Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyət yönümlü dəyişiklik baş verməlidir".Samir Şərifov çıxışında sosial ipotekanın əhatə dairəsini daha da genişləndirilməsi məsələsinə də toxunub: "Artıq sosial ipotekanın əhatə dairəsi genişdir. Biz bunu daha da artırmağa çalışacağıq. Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir. Gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün (güzəştli mənzillərlə təminat) üçün 162 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bundan əlavə isə hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir".

sia.az

Digər xəbərlər