İqtisadiyyat

  • 4 143

"Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə növbəti illərdə baxılacaq" CAVAB

image

Maliyyə naziri Samir Şərifov 2019-cu ilin büdcəsində Milli Məclisin ezamiyyə xərclərinin artırılması məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, parlamentdə komitərləri birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Samir Şərifov söyləyib ki, Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılıb: “Ölkə daxilində ezamiyyə xərcləri artırılıb. Xarici ezamiyyələrlə bağlı normalara baxılması vaxtaşırı olaraq həyata keçirilir. Biz bunun növbəti illərdə baxılmasnı planlaşdırmışıq. Amma mən bildiyim qədər söhbət normalardan deyil, Milli Məclisə ayrılan ezamiyyə vəsaitlərdən gedir. Maliyyə Nazirliyinə Milli Məclisin işlər idarəsi tərəfindən müvafiq dəqiqləşmələrlə bağlı məlumat daxil olub. Biz onları nəzərdən keçiririk”.

sia.az

Digər xəbərlər