İqtisadiyyat

  • 4 478

"Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq" AÇIQLAMA-ÖZƏL

image

“Bizim əsas missiyamız 24 saat ərzində hər bir abonentimizin keyfiyyətli elektrik enerjisi İlə təchizatıdır 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Qurum tərəfindən son illərdə aparılan yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.O bildirib ki, mövsümlə əlaqədar olaraq, dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallar, avadanlıqlar, maşın-mexanizmləri var: “Mövsümlə əlaqədar problemlərin qarşısının alınması istiqamətində ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik Şəbəkələri istənilən hava şəraitində baş verə biləcək qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır”.Elektrik enerjisi ilə bağlı problemlərin çatdırılması istiqamətində 24 saat ərzində fasiləsiz Çağrı Mərkəzinin fəaliyyət göstərdiyini deyən qurum sözçüsü söyləyib ki, abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər.Onun sözlərinə görə, ötən 12 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib: “Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759580 dayaq quraşdırılıb, 47650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq”.T.Mustafayev qeyd edib ki, Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb: “Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2062 ədəd 10-6 kV-luq YS inşa edilib, 29400 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib”.Qurum tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyaların inşa edildiyini, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətlərinin çəkildiyini deyən mətbuat xidmətinin rəhbəri deyib ki, bütün bunlar cari payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsinin əvvəlki illərdən fərqlənəcəyini deməyə əsas verir: “Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək”.

sia.az

Digər xəbərlər