İqtisadiyyat

  • 3 905

İranın vitse-spikeri: Xəzər dənizinin resursları region xalqlarının mənafeyinə xidmət etməlidir

image

İran ilə Azərbaycan həm quru, həm də dəniz sərhədinə malikdirlər. Bu da iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat əlaqələrinin daha da genişlənməsinə imkan yaradır.

Bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Məsud Peşikyan deyib. Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında imzalanan Konvensiya dənizdən istifadə etmək üçün bütün tərəflərə bərabər imkanlar verir. Bütün xəzəryanı dövlətlər bu imkandan istifadə edib iqtisadi və ticarət əlaqələrini artırmalıdırlar. Xəzərin statusunun müəyyən edilməsi dövlətlər arasında əlaqələrin inkişafına da xidmət edir. Xəzər dənizinin resursları region xalqlarının mənafeyinə xidmət etməlidir.

yap.org.az

Digər xəbərlər