Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır

Neft və qeyri-neft sektorunun inkişafı amilləri nəzərə alınmaqla 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı, tədiyyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard ABŞ dolları məbləğində proqnozlaşdırılır.Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib.Nazir deyib ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın 3,8 faiz olacağı proqnozlaşdırılıb.

yap.org.az