İqtisadiyyat

  • 4 023

Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub

image

Azərbaycanın Braziliyadakı səfirliyi paytaxt Braziliya şəhərində xeyriyyə məqsədilə keçirilən növbəti diplomatik yarmarkada iştirak edib.

Səfirlikdən bildiriblər ki, səfirliyin yarmarkadakı guşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, həmçinin ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşəsini ziyarət edənlər, həmçinin milli mətbəximizin nümunələri ilə tanış olublar.
Səfirliyin guşəsi geniş ictimaiyyətin marağına səbəb olub və yarmarka haqqında məlumat yerli mediada geniş işıqlandırılıb.
Qeyd olunmalıdır ki, ənənəvi keçirilən bu yarmarkanın gün ərzində minlərlə ziyarətçisi olur.

sia.az

Digər xəbərlər