İqtisadiyyat

  • 4 019

Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

image

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransı keçirilir.

Oktyabrın 29-da öz işinə başlayan və noyabrın 16-dək davam edəcək konfrans çərçivəsində ölkəmizin 2019-2022-ci illər üzrə BTİ Şurasına və BTİ-nin Radiotənzimləmə Komitəsinin 2018-2021-ci illər üzrə üzvlüyünə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənovanın namizədliyi ilə bağlı noyabrın 5-də seçkilər keçirilib.
Azərbaycan hər iki seçkidə qələbə qazanaraq BTİ Şurasına keçirilmiş seçkilərdə 119, BTİ-nin Radiotənzimləmə Komitəsinə keçirilmiş seçkilərdə isə 115 dövlətin dəstəyini əldə etməklə müvafiq qurumlara üzv seçilib.
BTİ Şurasına keçirilən seçkilərdə ölkəmizin təmsil olunduğu regiondan 5 vakant yer uğrunda 7 namizəd (Bolqarıstan və Qırğızıstan seçilməyib), Radiotənzimləmə Komitəsinə seçkilərdə isə 2 vakant yer uğrunda 4 namizəd (Ukrayna və Qazaxıstan seçilməyib) mübarizə aparırdı.
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə namizədliyini irəli sürüb və hər ikisində qalib gəlib.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində qanunsuz radio-TV yayımlarının və tezliklərdən istifadənin qarşısının alınması və mövzunun mütəmadi olaraq BTİ-nin gündəliyində saxlanması baxımından ölkəmizin hər iki qurumda təmsilçiliyi xüsusi əhəmiyyət kəsb edir.

yap.org.az

Digər xəbərlər