İqtisadiyyat

  • 3 787

Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin V iclasında iştirak edəcək

image

Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin V iclasında iştirak edəcək.

Energetika Nazirliyindən bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov dekabrın 4-7-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında iştirak edəcək.
Nazir dekabrın 7-də isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq.
Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

yap.org.az

Digər xəbərlər