İranlı nazir: İKT sahəsində İran ilə Azərbaycanın əməkdaşlığının inkişafı zəruridir

İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdir. Digər sahələrdə olduğu kimi informasiya texnologiyaları sahəsində də iki dövlət arasındakı əlaqələrin inkişafı zəruridir.

Bu sözləri dekabrın 4-də İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromi deyib. O bildirib ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəvəti ilə “Bakutel-2018” Beynəlxalq Rabitə və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakiya yola düşür. Hava limanında jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, İran bu sərgidə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri və istehsal etdiyi məhsulları nümayiş etdirəcək.
Nazir qeyd edib ki, səfər çərçivəsində azərbaycanlı həmkarı ilə görüşərək informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin perspektivlərini müzakirə edəcək. Bu gün yüksək texnologiyaların inkişafı kibercinayətkarlığın da yaranmasına səbəb olub. Bu kimi neqativ halların qarşısını almaq üçün birgə mübarizə lazımdır.

yap.org.az