İqtisadiyyat

  • 4 172

Moskvada Xəzər dənizinin gələcəyi müzakirə olunub

image

Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi. Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirin açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik V.Pançenko və İran Milli Elm Fondunun Prezidenti cənab N.Zargam çıxış edərək, Xəzər dənizinin elmi tədqiqatlarında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.Onlardan sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İ.Quliyev beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etməklə yanaşı, Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının vaxtı gəldiyini masa iştirakçılarının diqqətinə çatdırıb. O həm də beş Xəzəryanı ölkə alimlərinin birgə ekspedisiya təşkil etməsinin faydasını açıqlayıb.Beynəlxalq görüşdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik R.Məmmədov və Respublika Seysmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli də iştirak ediblər. Beynəlxalq forumun yekun iclasına moderatorluğu akademik R.Məmmədov edib.

sia.az

Digər xəbərlər