İqtisadiyyat

  • 3 798

ETSN-nin nümayəndələri “Coca-Cola” şirkətində istehsalat prosesi ilə tanış olublar

image

Beynəlxalq ekoloji standartlara uyğun texnoloji proseslərlə tanışlıq üçün 4 dekabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayındələri “Coca-Cola” şirkətinin dəvəti ilə müəssisədə olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin nümayəndələrinə şirkətin istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləri, ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirilən layihələr təqdim edilib.İstehsal prosesində müasir innovativ üsullarla sərf olunan suyun həcminin azaldılması, səmərəli və qənaətlə istifadə proqramları, istehsal zamanı yaranan texniki suların müasir təmizləmə sistemindən keçirilərək tam təhlükəsiz formaya çatdırılması qaydaları haqqında məlumat verilib. Görüşdə mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, plastik tullantıların çeşidlənməsi, təkrar emalı və utilizasiyası məsələləri, plastik qablaşdırmada ən böyük payı olan “Coca-Cola” şirkətinin bu sahədə üzərinə düşən məsuliyyəti və öhdəlikləri müzakirə edilib. Yeni yaşıllıq sahələrinin salınması, sudan səmərəli və qənaətlə istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində birgə ekoloji layihələrin həyata keçirilməsi üçün ümumi razılığa gəlinib.Sonra nazirliyin nümayəndələri “Coca-cola” şirkətinin istehsalat sahələri və ekoloji standartlara uyğun texnoloji proseslərlə tanış olublar.

sia.az

Digər xəbərlər