İqtisadiyyat

  • 3 645

Ramin Quluzadə: Radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər hazırlanır

image

Beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında deyib.
R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2020-ci ilədək 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.
"Hazırda bununla bağlı tərəfimizdən texniki hazırlıq işləri həyata keçirilir, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır", - deyə nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər