İqtisadiyyat

  • 3 611

Bakıda Xəzər İnnovasiya Konfransı işə başlayıb

image

“Bakutel-2018" beynəlxalq sərgisi çərçivəsində dekabrın 5-də Bakıda Xəzər İnnovasiya Konfransı keçirilir.

“Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunan konfrans rəqəmsal uçurumun azaldılması, xarici investisiyalar üçün rəqəmsal bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telefon və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
Konfransda İKT sektorunun iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışlar müzakirə olunur.
Regional platforma rolunu oynayacaq konfrans “Genişzolaqlı bağlantı”, “Süni İntellekt”, “Əşyaların İnterneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat” və “Kiberhazırlıq” kimi mövzuları əhatə edir.

yap.org.az

Digər xəbərlər