İqtisadiyyat

  • 4 920

Pərviz Şahbazov səudiyyəli həmkarı ilə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığının davam etdirilməsində həmfikirdir

image

Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib. Qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

yap.org.az

Digər xəbərlər