İqtisadiyyat

  • 3 373

Fuad Nağıyev: Turizm ölkəmizin əsas prioritet sahələrindən biridir

image

“Turizm ölkəmizin əsas prioritet sahələrindən biridir. Son illər bu sahədə kifayət qədər işlər görülüb, Azərbaycanın turizm imkanlarının tanıdılması üçün mühüm addımlar atılıb”. Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev bildirib ki, bu sahədə ixtisasli kadrların hazırlanması və onların peşəkar kimi yetişməsində sözsüz ki, təhsil müəssisələri mühüm rol oynayırlar. Onun sözlərinə görə, bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Turizm təhsilinin inkişafı ölkədə yerli turizm kadrlarının hazırlanmasına, xidmət keyfiyyətinin artmasına birbaşa olaraq təsir edir.
“Azərbaycanın bütün dünyada turizm destinasiyası kimi tanıdılması və yeni brendimizlə xarici bazarlarda ölkənin turizm imkanlarının təbliğində səyləri birləşdirməliyik. Çünki mövcud olan bütün problemlərin həllində ancaq turizm sənayesinin bütün iştirakçılarının, o cümlədən və xüsusilə hotelçilik sahəsinin mütəxəssislərinin birgə mütəşəkkil şəkildə fəaliyyəti önəmlidir. Turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, turistlərin ölkəmizdən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır”, - deyə F.Nağıyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər