İqtisadiyyat

  • 3 634

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb

image

“İnformasiya təhlükəsizliyinin təmin olunması məsələləri hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb edir”. Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitununun direktoru, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyev bildirib ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir. Onun sözlərinə görə, son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb.
“Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir. AMEA-nın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir”-deyə, R.Əliquliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər