İqtisadiyyat

  • 3 639

“Agenzia Nova”: Azərbaycanda elektrik enerjisinin istehsalı 2017-ci illə müqayisədə 3,4 artıb

image

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycanda elektrik enerjisinin istehsalı 2017-ci illə müqayisədə 3,4 faiz artıb” sərlövhəli yazı yerləşdirilib.Yazıda ötən il Azərbaycanda elektrik enerjisi istehsalının 22,52 milyard kilovat-saat təşkil etdiyi bildirilib. Qeyd olunub ki, bu, 2017-ci ildəkindən 3,4 faiz çoxdur. Ötən il Azərbaycandan Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisinin ixracı əvvəlki illə müqayisədə 14,2 faiz artıb.Yazıda bildirilib ki, Azərbaycanda ümumi gücü 6 min meqavat olan 30-dan çox elektrik stansiyası var.

yap.org.az

Digər xəbərlər