İqtisadiyyat

  • 3 599

Hacıqabulda çuğundur sahələrindən 6 min tondan çox məhsul yığılıb

image

Hacıqabulda şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il “Kürdəmir süd emalı” MMC tərəfindən rayonda 117 hektar sahədə çuğundur əkilib. Məhsul istehsalçılarının “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan əkinçilər sahələrdən 6 min 520 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 55,7 sentner olub.

AZƏRTAC

Digər xəbərlər