İqtisadiyyat

  • 3 620

AÇG və “Şahdəniz” layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

image

Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” layihəsindən Dövlət Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən 2019-cu ilin yanvarın 1-dək) 138 milyard 206 milyon ABŞ dolları olub. AÇG yatağından - (2018-ci ilin yanvarın 1-dən – 2019-cu ilin yanvarın 1-dək) 9 milyard 720 milyon ABŞ dolları təşkil edib.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (2018-ci il yanvarın 1-dən – 2019-cu ilin yanvarın 1-dək) 245 milyon ABŞ dollarıdır.
“Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən 2019-cu il yanvarın 1-dək) 2 milyard 506 milyon ABŞ dollarıdır.

yap.org.az

Digər xəbərlər