İqtisadiyyat

  • 3 984

Ağdamda 5811 ton pambıq tədarük olunub

image

Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri hər gün tarlalardan 2-3 ton "ağ qızıl" toplayırlar.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 5811 ton məhsul yığılıb. Pambığın 70 faizindən çoxu maşınlarla toplanılıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Aqro” MMC-yə və fərdi qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil verilir.Qeyd edək ki, Ağdamda 3100 hektarda pambıq əkilib.
AZƏRTAC

Digər xəbərlər