İqtisadiyyat

  • 4 415

Ağcabədidə 2913 arı pətəyi identikləşdirilib

image

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən, Ağcabədi rayonunda arı ailələrinin (pətəklərin) identikləşdirilməsi davam edir.Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun əməkdaşı Qəzənfər Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və pətəklərin identikləşdirilməsi həyata keçirilir. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək respublika komissiyasına göndərilir. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilir.Bu günədək Ağcabədi rayonu üzrə 175 arıçının saxladığı 2913 pətək identikləşdirilib. 43 arıçı saxladığı 973 arı pətəyinin hər birinə görə 10 manat məbləğində subsidiya alıb.
AZƏRTAC

Digər xəbərlər