İqtisadiyyat

  • 2 493

Şahin Mustafayev: Koreya Respublikası Azərbaycan iqtisadiyyatına 180 milyon dollaradək investisiya yatırıb

image

Koreya Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan tərəfindən isə bu ölkəyə 474 milyon dollar investisiya yatırılıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Azərbaycan və Koreya Respublikası arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, həmin şirkətlər dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.
Ş.Mustafayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, ötən ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını diqqətə çatdırıb.

yap.org.az

Digər xəbərlər