İqtisadiyyat

  • 2 342

"2019-cu il dövlət rezervlərinin artırılması baxımından əhəmiyyətli olacaq" AÇIQLAMA-ÖZƏL

image

"Ötən il olduğu kimi 2019-cu ildə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığı aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.Neftdən asılılığın aradan qaldırılmasının Azərbaycan üçün prioritet məqamlardan biri olduğunu deyən ekspert söyləyib ki, bütövlükdə, 2018-ci ildə fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır.Onun sözərinə görə, qeyri-neft sektorunun inkişafı üçün də təməl formalaşdığından büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun mərhələli şəkildə xüsusi paya malikdir: "ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır. Bu baxımdan mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması və fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2019-cu il də dövlət rezervlərimizin strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək".V.Bayramovun fikrincə, yalnız Dövlət Neft Fondunun deyil, Mərkəzi Bankın da xarici valyuta ehtiyatlarında artım qeydə alınıb ki, bu da birbaşa bankın, xüsusən də de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır: "Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq”.

sia.az

Digər xəbərlər