İqtisadiyyat

  • 3 810

BMT-nin 2019-cu il üçün fəaliyyət proqramı açıqlanıb

image

BMT-nin baş katibi Antonio Quterreş 2019-cu ildə təşkilatın əsas iş istiqamətlərinin iqlim dəyişikliyi, Yəmən, Liviya, Suriya və Əfqanıstanda böhranların olacağını açıqlayıb.“Biz xidmət etdiyimiz insanların ehtiyaclarını və gözləntilərini yerinə yetirmək üçün, ilk növbədə diplomatik işimizi gücləndirməliyik”, - deyə Antonio Baş Assambleyaya mesaj göndərib.O bildirib ki, təşkilat Afrika Birliyi ilə əməkdaşlığını qitədə sülhə nail olmaq, Mali, Cənubi Sudan, Somali, Mərkəzi Afrika Respublikasında (CAR) və Konqo Demokratik Respublikasında yaşanan böhranların həll yollarını tapmaq üçün daha da dərinləşdirməyə davam etdirəcək.Baş katib Yəmən, Suriya və Livanda baş verən proseslərə də diqqəti yönəldib: “Bu ərazilərdə problemlərin aradan qaldırılması istiqamətində tərəflərin öz öhdəliklərini yerinə yetirmək və sülhə səbəb olan bir siyasi proses təşkil etmək üçün çox işlər görülməlidir”.BMT baş katibi qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı məsələlər də təşkilatın diqqət mərkəzində qalacaq: “Bu il sentyabrın 23-də Nyu-Yorkda siyasi liderləri, biznes və vətəndaş cəmiyyətini bir araya toplayacaq zirvə toplantısı keçiriləcək”.

sia.az

Digər xəbərlər