İqtisadiyyat

  • 3 617

Bakıda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib

image

Yanvarın 22-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramının (FAPP) rəsmi açılış mərasimi baş tutub.

FAO və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmiz ilə BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı arasında imzalanmış bu Tərəfdaşlıq Proqramının Azərbaycanla beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan verdiyini deyib.
“Belə ki, bu proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda, donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Hesab edirəm ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər”, - deyə nazir qeyd edib.
“Bu gün aqrar sahə ölkənin qeyri neft sektorunun ən prioritet sahələrindən biri olmaqla yanaşı, dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunub. Məhz bunun nəticəsidir ki, artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb. Bu sahənin idarəetmə strukturu müasir dövrün tələblərinə uyğun olaraq qurulub. Dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülüb”, - deyə İ.Kərimov əlavə edib.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vladimir Raxmanin bildirib ki, Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərəfdaşlığı son 20 il ərzində uğurla inkişaf edərək Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ilə nəticələnib. 2015-ci ilin may ayında FAO-nun baş direktorunun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının yaradılması barədə müqavilə imzalanıb və 2016-2020-ci illər üçün 10 milyon ABŞ dolları həcmində əməkdaşlıq çərçivəsi təsis edilib. Azərbaycan Hökuməti razılaşmanı ratifikasiya edib və FAPP üçün Əməliyyat Çərçivəsi 2016-cı ilin dekabrında təsdiq edilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai və digərlərinin çıxışları dinlənilib.

yap.org.az

Digər xəbərlər