Kaxa Kaldze: Gürcüstan və Azərbaycan Avropa ilə Asiya arasında böyük bir körpüdür

Gürcüstan ilə Azərbaycan regionda çox uğurlu əməkdaşlıq edirlər. Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri ölkələrimizin nüfuzunu və əhəmiyyətini daha da artırır. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında böyük bir körpüdür.

Bu sözləri jurnalistlərə müsahibəsində Tbilisi şəhərinin meri, Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladze söyləyib.
Mer deyib ki, bu gün Tbilisidə daha bir beynəlxalq əhəmiyyətli nəqliyyat layihəsinin əsası qoyuldu. Yeni Poti limanının tikintisi ilə bağlı müqavilə imzalandı. Bu limanın tikintisi başa çatdıqdan sonra uğurlarımız daha da artacaq.
K.Kaldze deyib: “Regionumuzda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi böyük bir terminal var. Poti limanı və dərin özüllü Anakli limanı istifadəyə verildikdən sonra böyük bir dəniz ticarəti şəbəkəsi yaranacaq. Bununla da biz, təkcə Avropa və Aşıya üçün deyil, dünya üçün əhəmiyyətli, vacib tərəfdaşa çevriləcəyik”.

yap.org.az