Yanvarda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 729 milyon 398 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq ayına nisbətən 194 milyon 143 min dollar çoxdur.Ötən ay Aİ-yə üzv ölkələrdən Azərbaycana 165 milyon 542 min dollarlıq məhsul idxal edilib.
yap.org.az