İqtisadiyyat

  • 3 490

Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının konfransı keçirilir

image

Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair 2019-cu il sərgi-konfransı keçirilir. SİA-nın məlumatına görə, sərgi-konfrans iki gün davam edəcək.Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov şirkətin qazma işləri sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, 2000-ci ildən bəri SOCAR 2,6 mln. metr qazma işləri həyata keçirib.Tədbirdə çıxış edən BP-nin Azərbaycan,Türkiyə və Gürcüstan regionunda Quyular üzrə vitse-prezidenti Mayk Zanqi isə Xəzər dənizində həyata keçirilən layihələrdən danışaraq bildirib ki,1995-ci ildən layihələrə 72 mlrd. dollar kapital xərci çəkilib."Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 3,5 mlrd.barel neft, "Şahdəniz" qaz-kondensat yatağından 100mlrd.kubmetr qaz hasil edilib", - o deyib.

sia.az

Digər xəbərlər