İqtisadiyyat

  • 3 235

Zakir İbrahimov: Ermənistanın işğal etdiyi ərazilərimizdən qeyri-qanuni istifadəsi faktlarını dünyaya çatdırırıq

image

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu ərazilərdə dinc əhaliyə qarşı zorakılığın törədilməsi, insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həmin torpaqların təbii sərvətlərinin erməni iş adamları tərəfindən talanması və erməni şirkətlərinin qanunsuz fəaliyyəti ilə də müşayiət olunur. Xüsusilə də işğal altında olan torpaqlarımızda əlvan metal yataqları qeyri-qanuni istismar edilir. Bunlara son qoyulmalıdır.

Bu fikirləri Strasburqda “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” panel iclasında çıxış etmiş “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov söyləyib. O bildirib ki, işğal altında olan torpaqlarımızdan qeyri-qanuni istifadə edilməsinə dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu gün ASPA-da bu qurumdakı nümayəndə heyətimiz tərəfindən təşkil olunan panel iclasda ölkəmizin işğal altında olan ərazilərindəki əlvan metalların talan edilməsi ilə bağlı faktları diqqətə çatdırdıq. Belə qeyri-qanuni fəaliyyətlərlə bağlı presedent hüququn tətbiqindən danışaraq onun işğal altındakı Azərbaycan torpaqlarına da tətbiq edilməsinin vacibliyini bildirdik.

yap.org.az

Digər xəbərlər