İqtisadiyyat

  • 3 519

Bakıda Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb

image

Aprelin 11-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sərgi barədə danışıb. Bildirib ki, sərgidə üç ölkədən 50-dən çox şirkət iştirak edir. Sərgi tibb, kosmetika, tekstil, təbii dəri, idman geyimləri, qida məhsulları, turizm, inşaat, daşınmaz əmlak, mebel və sair sahələri əhatə edir.Aprelin 13-dək davam edəcək sərgidə 200-dən çox qeydiyyatdan keçmiş nümayəndə heyətinin, 10 min ziyarətçinin iştirakı gözlənilir.

yap.org.az

Digər xəbərlər