İqtisadiyyat

  • 3 654

Naxçıvanda iqtisadi və sosial sahələrə 9 milyarddan çox vəsait yönəldilib

image

1996-cı ildən 2019-cu il yanvarın 1-dək muxtar respublikada iqtisadi və sosial sahələrə, ümumilikdə, 9 milyard 716 milyon 919 min manat dəyərində vəsait yönəldilib.AZƏRTAC-ın Naxçıvan bürosunun məlumatında deyilir ki, əldə olunmuş nailiyyətləri və qazanılmış uğurları özündə əks etdirən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2018-ci ildə 1995-ci illə müqayisədə 63,4 dəfə artaraq 2 milyard 773 milyon 20 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 46,3 dəfə artaraq 6 min 101 manat olub.Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilərək istifadəyə verilib, Naxçıvan Hava Limanı beynəlxalq status qazanıb.

sia.az

Digər xəbərlər