İqtisadiyyat

  • 3 919

Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb

image

Bu ilin birinci rübündə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 142 milyon dolları keçib.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, üç ayda Azərbaycandan Ukraynaya 45,4 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 96,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

yap.org.az

Digər xəbərlər