İqtisadiyyat

  • 3 716

Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır

image

İran ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələri yüksələn xətlə inkişaf edir.Bu sözləri Azərbaycana səfərinin yekunları barədə mətbuata verdiyi açıqlamada İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani deyib. Nazir bildirib ki, hər iki ölkənin prezidentinin siyasi iradəsi nəticəsində dövlətlərarası münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına çalışır və bu istiqamətdə birgə layihələr həyata keçirilir.

Nazir nəzərə çatdırıb ki, Hacıqabulda avtobus istehsalı müəssisinin açılışı perspektivdə tərəflər üçün faydalı olacaq. İldə 500 ədəd avtobus istehsal etmək imkanına malik olan müəssisənin qurulması üçün yatırılan sərmayənin 75 faizi İrana, 25 faizi isə Azərbaycana məxsusdur.
Bakıda keçirdiyi görüşlərin tərəflər üçün səmərəli olduğunu vurğulayan nazir yük avtomobilləri üçün qoşquların istehsalı müəssisəsinin yaradımlasını müzakirə etdiyini bildirib. Qeyd edib ki bu müəssisədə İran və Azərbaycan sərmayədarılarının birgə səyləri ilə yaradılacaq. İstehsal olunan məhsul həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub.
R.Rəhmani bəyan edib iki qonşu və dost ölkənin münasibətləri qarşılıqlı etimada dayanır. İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. İran regionda daim sülhün və sabitliyin hökm sürməsində maraqlıdır və öz siyasətini bu istiqamətdə həyata keçirir.

yap.org.az

Digər xəbərlər