Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Türkiyə, Gürcüstan və Azərbaycanı deyil, həmçinin Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.
Nazir bildirib ki, bu qeyd olunanlar Bakı-Tbilisi-Qars dəmiryol dəhlizini strateji əhəmiyyətli layihə edir.
O əlavə edib ki, yaxın illərdə BTQ-nin əhəmiyyəti daha da artacaq.
Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

yap.org.az