İqtisadiyyat

  • 4 605

İyunda “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil ediləcək

image

İyunun 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu - “MAINTECH-2019” keçiriləcək.

Bu barədə mayın 14-də keçirilən mətbuat konfransında fondun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov deyib.
O bildirib ki, forumun keçirilməsində məqsəd innovative, texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması, onların ixracına dəstək olmaqdır. Forumda yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq.
Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər