İqtisadiyyat

  • 4 481

Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb

image

Bu ilin yanvar-aprel aylarında ölkədə 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 411,8 manata bərabər olub.

yap.org.az

Digər xəbərlər