İqtisadiyyat

  • 4 147

Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək

image

Mayın 17-də Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək.

Maliyyə Nazirliyindən bildirilib ki, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
İclasda, həmçinin Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
İclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

yap.org.az

Digər xəbərlər