İqtisadiyyat

  • 4 164

"Qeyri-neft sənayesi uğurla inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2019-cu il tarixdə Pirallahı rayonunda yaradılan Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açlış mərasimində iştirak edib. Pirallahı Sənaye Parkı cənab Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı müvafiq Sərəncama əsasən “Sumqayıt Kimya Sənayesi Parkı” MMC- nin tərkibində yaradılıb. Bu Parkın yaradılmasında məqsəd qeyri-neft sənayesi sahələrinin inkişafını, qabaqcıl texnologiyalara əsaslanan rəqabət qabiliyyətli və innovativ Sənaye sahələrinin yaradılmasının təmin edilməsidir".Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.Deputatın sözlərinə görə, istifadəyə verilən zavodun illik istehsal gücü 150 milyon şprisdir: "Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran ve Orta Asiya ölkələrinə ixrac ediləcək bununla da ölkəmizin ixrac potensialı bir qədər də artacaq. Zavodda 150 yeni iş yeri yaradılacaqdır. Bu da Pirallahı rayonunda əhalinin məşğulluq səviyyəsinin daha yüksək səviyyədə təmin olunmsına şərait yaradıb. Bu zavodun açlışı bir daha göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.Bu yeni zavodun istifadəyə verilməsinə, yeni iş yerlərinin açılmasına və Pirallahı rayonunda həyata keçirilən geniş miqyaslı infrastruktur layihələrinə görə Pirallahı rayonunun sakinləri adından cənab Prezident İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlığımı bildirir, Azərbaycan xəlqının rifahı naminə yorulmaz fəaliyyətində uğurlar arzu edirəm".

sia.az

Digər xəbərlər