İqtisadiyyat

  • 4 837

"İqtisadi islahatlar beynəlxalq reytinqlərdə yüksək qiymətləndirilir" MÖVQE-ÖZƏL

image


“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar təkcə ölkə daxilində deyil, eləcə də beynəlxalq hesabatlarda, reytinqlərdə yüksək qiyətləndirilir. Dünya Bankının “Doing Bisness 2019” hesabatı buna əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib .O bldirib ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atması aparılan islahatların səmərəliliyinin beynəlxalq səviyyədə etirafı deməkdir.Deputatın sözlərinə görə, respublikamızda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar Azərbaycanın hesabatda digər indikatorlar üzrə mövqeyinin yüksək səviyyəyə qalxmasına imkan verib.T. Süleymanov söyləyib ki, həyata keçirilən islahatların nəticəsində Azərbaycan hesabatda 190 ölkə arasında 25-ci olub: “ Bununla yanaşı ölkəmiz biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci yerə yüksəlib”.

sia.az

Digər xəbərlər