Bakıda INTOSAI-ın toplantısı işə başlayıb

Bu gün Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı keçirilir. SİA xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədindən danışıb, islahatlar dövründə dövlət borcunun idarə edilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktual olduğunu, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.Filippin Audit Komissiyasının və INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl Aquinaldo çoxtərəfli və ikitərəfli əməkdaşlığın ali audit qurumlarının fəaliyyətindəki rolundan danışıb.27 ölkənin ali audit qurumunun nümayəndə heyətinin iştirak etdiyi toplantı mayın 25-dək davam edəcək.

sia.az