İqtisadiyyat

  • 5 375

Valeh Ələsgərov: Bəzi ölkələr Bakı-Tbilisi-Ceyhan layihəsinin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdi

image

O zaman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi.

Bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
Valeh Ələsgərov bildirib ki, bəzi ölkələr bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdi: “Dünya Bankının bu layihəni maliyyələşdirməsi vacib idi. Heydər Əliyev şəxsən Dünya Bankının rəhbərlərinə bu layihəni təqdim etdi. Ulu öndərin nüfuzu sayəsində bu layihə həyata keçdi".
Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiq edib:
“Azərbaycanda həmrəylik, iqtidar-xalq birliyi olmasaydı, bu işləri həyata keçirmək mümkün olmazdı”.

yap.org.az.

Digər xəbərlər