Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin 2018-ci ildə prezident seçilməsindən sonra islahatlar daha da dərinləşib, iqtisadi blokda institutsional və şəffaflaşdırma islahatları aparılıb. “Dövlət sahibkarın ən yaxın tərəfdaşıdır” ideyasını rəhbər tutaraq fiskal institutların inzibatçılığının müasir tələblərə uyğunlaşdırılması, vergi yoxlamalarının azaldılması, uçotun təkmilləşdirilməsi və şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində sahibkarlarla partnyorluq prinsipləri əsasında birgə fəaliyyətin aparılması, idxal əməliyyatlarında elektronlaşma, bəyanetmələrinin dürüstləşdirilməsi və yayınma hallarına qarşı mübarizə, dövlət xidmətlərinin elektronlaşdırılması və rəqəmsallaşması dövlət büdcəsinə daxil olmaların proqnozdan daha çox icra edilməsinə şərait yaradıb. Qeyd olunan islahatlar Prezident İlham Əliyevin siyasi iradəsi və liderliyi əsasında həyata keçirilib.
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi Nicat Hacızadə deyib.

yap.org.az