İqtisadiyyat

  • 3 353

"OPEC plus"un iclası neftin qiymətinə təsir göstərib

image

"OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin Vyanada keçirilən növbəti iclası dünya bazarlarında neftin qiymətinə müsbət təsir göstərib. OPEC və qeyri-OPEC ölkələrinin iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması təklif olunub. SİA xəbər verir ki, hasilat limiti barədə qərar ehtimalı dünya bazarlarında neftin qiymətinin yüksəlməsinə səbəb olub. ABŞ istehsalı olan "West Texas Intermediate" (WTI) markalı neftin bir barelinin qiyməti iyulun 1-də gün ərzində bir neçə dəfə 60 dollar həddini keçib.Avropa bazarları üçün əhəmiyyət daşıyan "Brent" markalı neftin bir bareli 66 dollara çatıb və ötən həftədəki orta göstəricidən yuxarı olub.Ekspertlərin fikrincə, qlobal vəziyyət və ABŞ-Çin ticari gərginliyi fonunda təzyiq altında olan qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması zərurəti meydana gəlib. Lakin ekspertlər yaxın gələcəkdə istehsalçı ölkələr tərəfindən hasilatın hazırkı limitdən də aşağı salınacağını ehtimal etmirlər.

sia.az

Digər xəbərlər